RU

Səbail rayonunda “Piyadalar, diqqətli olun” adlı profilaktik tədbir keçirildi VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Səbail rayonu ərazisində “Piyadalar, diqqətli olun” şərti adı altında növbəti profilaktik tədbir təşkil olunub. Aksiya Baş Dövlət Yol Polisi İdarəsi və Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı yol hərəkəti qaydalarını pozaraq müəyyən edilməmiş yerlərdən yolu keçən piyadalar aşkarlanıb, onlarla maarifləndirici söhbətlər aparılıb və qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb.

Maarifləndirmə işləri zamanı piyadalara izah edilib ki, yol hərəkəti qaydalarının pozulması, xüsusilə də keçidlərdən kənar yerlərdən keçmək, təkcə qayda pozuntusu deyil, həm də birbaşa həyat üçün təhlükə yaradır. Qayda pozan bir çox piyadalara həmin ərazidə baş vermiş və piyada ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisələrinin videogörüntüləri nümayiş etdirilib. Bununla, belə davranışların faciəvi nəticələrə gətirib çıxara biləcəyi bir daha xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını – xüsusilə piyadaları – yollarda diqqətli olmağa, keçidlərdən istifadə etməyə və şəxsi təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
5
avtosfer.az

9Источники