RU

Türkiyənin tekstil ixracı 7 milyard dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 7 milyard 887 milyon 219 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 840 milyon 857 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 9 milyard 521 milyon 88 min dollar məbləğində tekstil ixrac edib.

Избранный
35
15
turkic.world

10Источники