RU

“Qarabağ” bu gün Bakıda “Çelsi” ilə qarşılaşır

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Doğru.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək.

Matçı Avstriyadan olan Sebastyan Qishamerin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Bu, komandalar arasında 3-cü qarşılaşmadır — əvvəlki iki oyunda qalib London təmsilçisi olub.

Hazırda hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 13-cü, “Çelsi” isə 11-ci pillədə qərarlaşıb.

DOĞRU.AZ

Избранный
37
dogru.az

1Источники