RU

Son onilliyin ən etibarlı krossoverləri açıqlanıb

Avtomobil sahəsində tanınmış TopSpeed portalı son on ilin ən etibarlı krossoverlərinin siyahısını dərc edib. AzPost  xəbər verir ki, reytinqə əsasən, siyahıya 2012-ci il istehsalı olan Lexus GX modeli başçılıq edir. Toyota Land Cruiser Prado bazasında hazırlanmış bu avtomobil 100 mümkün baldan 89 bal toplayaraq ən etibarlı model seçilib.

İkinci yeri 2017-ci ilin Toyota 4Runner modeli tutur – onun etibarlılıq göstəricisi 88 bal olub. Üçüncü pillədə isə 2010-cu il Toyota RAV4 modeli qərarlaşıb, o da eyni göstərici ilə (88 bal) yüksək qiymət alıb.

Siyahının davamında Kia Sportage (2018), Buick Encore (2017), Hyundai Tucson (2015), Subaru Forester (2018), BMW X3 (2018), Lexus RX (2017)BMW X5 (2019) modelləri yer alıb.

Mütəxəssislər bildiriblər ki, bu avtomobillər uzunmüddətli istismar dövründə mühərrik, ötürmə və elektronika sistemlərində minimal nasazlıqlarla seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Toyota markasının ən az etibarlı avtomobilləri də açıqlanmışdı. Siyahıda Toyota GR Supra son 20 ilin ən çox problem yaradan modeli kimi göstərilib. Əsas nasazlıqlar əyləc yardım sistemi və təhlükəsizlik kəməri gərginləşdiriciləri ilə bağlı olub.

Bundan əlavə, Toyota bZ4X markanın ən az etibarlı yeni modeli hesab edilir. Bu avtomobildə ən çox rast gəlinən problem təkər mərkəzi boltlarının keyfiyyəti ilə bağlıdır.

AzPost.az

Избранный
56
1
azpost.info

2Источники