Olaylar.az xəbər verir ki, məlumatı "Reuters" qətnamənin mətninə istinadən yayıb.
Sənədə əsasən ABŞ həmçinin keçid hökumətində daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların ləğvini təklif edir. Amerika qətnamə layihəsinin səsvermə tarixi hələlik məlum deyil.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Levitt Əhməd əl-Şaraanın noyabrın 10-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcəyini açıqlamışdı.
"Axios"un məlumatına görə, səfər zamanı Suriyanın İŞİD-ə qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədlər imzalayacağı gözlənilir. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31