RU

İran "Tramp yolu"na görə narahatdır

"Bizim siyasətimiz region ölkələri ilə dostluq və əməkdaşlığa əsaslanır və İran “3+3” formatına önəm verir. Ölkələr qonşularının maraqlarını nəzərə almalıdırlar - bu, davamlı sülh üçün ilkin şərtdir".

"Unikal" xəbər verir ki, bunu iranlı politoloq Həsən Şirzadi “Orbeli 2025” beynəlxalq forumunda açıqlayıb.

Onun sözlərinə görə, İran ABŞ-yə etibar etmir: "Onlar İrana qarşı sanksiyalar tətbiq etdilər. Niyə onlara etibar etməliyik? Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişdilər, Venesuelanı təhdid etdilər.

Əgər ABŞ Cənubi Qafqaz regionu üçün yaxşı bir şey etmək istəyirsə, bu, əladır. Əgər onlar Ermənistana və Azərbaycana sülh yolunda kömək etsələr, bu da əladır.

Amma mən bu perspektivə o qədər də inanmıram. Onların “Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu” (TRIPP) proqramı ilə bağlı planları nədir? Əgər bu, bir marşrutdursa, yollarımız və əlaqələrimiz yalnız Ermənistanla məhdudlaşmayacaqsa, onda heç bir problem yoxdur. Belə bir halda, həmin yol İran yolu ilə rəqabət aparacaq və bu, problem deyil. Biz buna hazırıq. Rəqabət hər şeydə yaxşıdır. Lakin, başa düşdüyüm qədəri ilə, ABŞ həmişə hərbi komponenti nəzərə alır.

Bizim üçün sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsində Amerika podratçılarının rolu qəbuledilməzdir.

Əgər bu, iqtisadi layihədirsə, çox yaxşıdır. Amma onlar bunun sırf iqtisadi layihə olduğunu sübut etməlidirlər".

Ağarza Elçinoğlu

Избранный
23
2
unikal.az

3Источники