RU

Balakəndə ağır yol qəzası: Sürücü xəstəxanada vəfat etdi

BAKI, 5 noyabr. TELEQRAF

Noyabrın 3-də Balakən rayonunun Şərif kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, kənd sakini Yaqubov Yaqub Şəhmir oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilin idarəetməsini itirərək yol kənarında olan qum yığınına çırpılıb.

Qəza nəticəsində sürücü Y. Yaqubov və avtomobildə olan sərnişin Qebeyev Ramazan Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan Y. Yaqubov xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq noyabrın 4-də aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) ilə cinayət işi başlanıb, istintaq aparılır.

Избранный
63
teleqraf.com

1Источники