RU

Sağalmaz xəstəliklərdən sığorta üzrə ödənişlər - 5 DƏFƏ ARTDI

Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 6 milyon 117 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 281 min manat və ya 4,8% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 5 milyon 836 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 211 min manat təşkil edib ki, bu da illik müqayisədə 953 min manat və ya 4,7 dəfə çoxdur. Ötən ilin eyni dövründə 258 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 19,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 15,4 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 4,4% təşkil edib.

Избранный
2
2
fed.az

3Источники