Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu il, noyabrın 4-də Hollivudda istehsal edilmiş iki film rəqəmsal platformalarda yayımlanıb. "Qorxu" janrında olan, eləcə də ikinci bölümü lentə alınan yeni "Qara telefon" adlı film və idman dramı sayılan "Əzib keçən maşın" adlı ekran əsəri. Artıq hər iki filmin "Amazon" və "Apple" platformasında onlayn izləniləcəyi bəyan edilib.Reyting.az xəbər verir ki, "Qara telefon 2" adlı ekran əsəri Skott Derriksonun rejissorluğu, İtan Houkun seriyalı qatil rolunda oynadığı baxımlı bir qorxu filminin davamıdır. Film 30 milyon dollarlıq büdcəyə qarşı 105 milyon dollar qazanc əldə edib. "Qara telefon" adlanan ikinci film reytinqinə görə, "Metacritic" şəbəkəsində keçirilən sorğularda 61-100 faiz, "Rotten Tomatoes" səhifəsində 72 faiz, "Letterboxd" platformasında 3,2-5 faiz xal toplaya bilib. "Əzib keçən maşın" filmi UFC döyüşçüsü Mark Kerr haqqında idman dramıdır. Baş rolda Hollivudun kino ulduzu və "Qaya" ləqəbi ilə tanınan aktyor Dueyn Conson çəkilib. Film 40 milyon dollarlıq büdcəyə qarşı cəmi 20 milyon dollar toplamaqla, kassada uğursuz olub. Bununla belə, baş rol ifaçısı kimi Consonun yaratdığı obraz çox yüksək qiymətləndirilib.
Tənqidçilərə görə, bu filmdəki rolu ilə Dueyn Conson ilk dəfə "Oskar" mükafatına namizəd ola bilər. Bu yeni filmdə döyüşçü Mark Kerrin həyat yoldaşını məşhur kinoaktrisa Emili Blant canlandırıb. Filmin reytinqi belədir:"Metacritic" - 65-100 (tamaşaçı baxışına əsasən qiymətləndirmə faizi) "Rotten Tomatoes" - bəyənmə 70 faiz "Letterboxd" - bəyənmələrdə dəyişkənlik 3-5 faiz. Bütün bunlarla bərabər, cüzi gəlir gətirən və uğursuz kassa filmi qiymətləndirilmiş "Əzib keçən maşın" filminin baş rol ifaçısı "Qaya" Dueyn Consonun hələ də "Oskar" namizədliyinə şansı olduğu bildirilir. Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.