RU

Surqutda dəhşət: 4 uşaq, 3 böyük həlak oldu

Rusiyanın Surqut şəhərində bağ evində dəhşətli yanğın baş verib.

Musavat.com Rusiya Fövqəladə Hallar Nazirliyinin regional ofisinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, ilk əvvəl yanğında iki uşq, 1 qadının ölməsi barədə məlumat verilsə də, sonradan ölənlərin sayı üçdən yeddiyə çatıb.

Rəsmi açıqlamada deyilir: "Yanğın nəticəsində dördü uşaq olmaqla yeddi nəfər həlak olub. Yanğınsöndürənlər binanın sökülməsi və təhqiqatı zamanı heç bir həyat əlaməti olmayan üç böyük və dörd uşağın cəsədini aşkar ediblər".

İlkin məlumatlara görə, ikimərtəbəli evin elektrik avadanlıqlarının nasazlığı səbəbindən alovlanması ehtimalı var.

Musavat.com

Избранный
65
musavat.com

1Источники