BAKI, 5 noyabr. TELEQRAF
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Açağı Quşçu kəndində qeydə alınıb.
Yolu keçmək istəyəm 1969-cu il təvəllüdlü Azər Vəliyevi avtomobil vurub. Piyada xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır. Qəza zamanı avromobildə olan qadın sərnişin də xəsarət alıb. İlkin məlumata görə, avtomobilin sürücüsü xəstəxanadan qayıdırmış.
Faktla bağlı araşdırma başlanılıb.