RU

““Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq" - Ronaldo

Kriştiano Ronaldo “Mançester Yunayted”in cari mövsümdə Premyer Liqa çempionu olacağına inanmır.

Paralel.az xəbər verir ki , portuqaliyalı ulduz hazırkı komandanın çempionluq mübarizəsinə hazır olmadığını deyib:
 

“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq. Çox xal itiriblər və geri qalırlar. Komandada güclü futbolçular olsa da, onların bir qismi hələ də "Mançester Yunayted"in dəyərini və məsuliyyətini tam anlamır”.


Qeyd edək ki, Premyer Liqada 10 turdan sonra “Mançester Yunayted” 17 xalla turnir cədvəlinin 8-ci pilləsindədir. Sıralamanın lideri isə 25 xalla “Arsenal”dır.

Xatırladaq ki, Ronaldo “Mançester Yunayted”in heyətində 2003/2009 və 2021/2022 mövsümlərində çıxış edib. Bu müddətdə o, 3 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasını və Klublararası dünya çempionatını qazanıb.

Избранный
17
3
paralel.az

4Источники