BAKI, 5 noyabr. TELEQRAF
Roma Papası Lev XIV ABŞ və Venesuela arasında artan gərginliyin yalnız dialoq və qarşılıqlı anlaşma yolu ilə azaldıla biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Kastel-Qandolfo şəhərindəki iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Düşünürəm ki, zorakılıqla qələbə əldə etmək mümkün deyil. Ölkələr qarşılaşdıqları problemləri dialoq vasitəsilə həll etməlidirlər”, - o deyib.
Papa həmçinin Qəzza zolağındakı atəşkəsin çox kövrək olduğunu vurğulayaraq, bütün xalqların hüquqlarının qorunmasının vacibliyini qeyd edib.