RU

Peskov Trampın bəyanatına cavab verdi: “Nə Rusiya, nə də Çin bu sınaqları bərpa edib”

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın “Amerika da nüvə sınaqları keçirməlidir, çünki digər ölkələr bunu edir” bəyanatına münasibət bildirib.

Peskovun sözlərinə görə, Trampın açıqlaması aydınlaşdırılmalıdır, çünki nə Rusiya, nə də Çin belə sınaqları bərpa edib:

“Yəqin ki, ABŞ tərəfi bu məsələ ilə bağlı izah verməlidir. Çünki nə Rusiya, nə də Çin nüvə sınaqlarını bərpa etməyib. Əksinə, həm Moskva, həm də Pekin bütün ölkələri Nüvə Sınaqlarının Tam Qadağan olunması haqqında Konvensiyaya sadiq qalmağa çağırır”, — deyə Peskov “RT”yə bildirib.

Kremlin nümayəndəsi əlavə edib ki, Rusiya öz beynəlxalq öhdəliklərinə sadiqdir və nüvə silahlarının sınaqdan keçirilməsinə qayıtmaq niyyətində deyil.

 

Musavat.com

Избранный
15
50
musavat.com

10Источники