İtaliyanın paytaxtı Romada noyabrın 5-i matəm günü elan olunub.
Publika.az xəbər verir ki, bunu Roma şəhərinin meri Roberto Qualtieri deyib.
O bildirib ki, paytaxtın İmperator Forumundakı “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində bir işçinin dağıntılar altında qalaraq həlak olması ilə bağlı 5 noyabr tarixinin matəm günü elan edilməsinə qərar verilib. Roma şəhəri ailəsi, həmkarları və onu sevən hər kəslə birlikdə bu faciəli itkinin ağrısını bölüşür. Paytaxtdakı bütün bələdiyyə binalarında bayraqlar yarıya endiriləcək.