RU

Ukrayna ordusunda iki minə yaxın kolumbiyalı döyüşür

Die Welt: Ukrayna əsgər çatışmazlığını Cənubi Amerikalı muzdlularla kompensasiya edir...

Poliqon xəbər verir ki, Almaniyanın Die Welt nəşrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərkibində təxminən iki min kolumbiyalı muzdlunun döyüşdüyü bildirilir. Mənbə yazır ki, Ukrayna ordusunda artıq bütöv Cənubi Amerikalı bölmələr formalaşıb. Məsələn, 47-ci briqadanın piyada bölməsi əsasən kolumbiyalılardan ibarətdir, tərkibdə az sayda çilili və braziliyalı döyüşçülər də var.

Məqalədə qeyd olunur ki, Ukrayna bu əsgərləri şəxsi heyət çatışmazlığı səbəbindən cəlb edir, cənubi amerikalılar isə əsasən maddi maraq naminə qoşulur. Kolumbiyada əsgərlərin maaşı çox aşağı olduğundan, Ukraynada döyüşmək onlar üçün gəlir mənbəyinə çevrilib. Ukraynada ön xəttdə döyüşən hərbçilər ayda təxminən 3000 avro maaş alırlar. Üstəlik, xarici döyüşçülər müqaviləni istədikləri vaxt ləğv edə bilirlər ki, bu da yerli əsgərlərlə müqayisədə üstünlük hesab olunur.

Müharibənin ilk mərhələsində Ukrayna yalnız hərbi təcrübəsi olan əcnəbiləri qəbul edirdi. Lakin sonradan bu tələblər yumşaldılıb və indi bir çox yeni gələnlərin heç döyüş təcrübəsi yoxdur. Onların arasında keçmiş kolumbiyalı xüsusi təyinatlılar və ya polis əməkdaşları da yer alır.

Die Welt-in məlumatına görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri yalnız quru qoşunlarının tərkibinə 80-dən çox ölkədən təxminən 8 min əcnəbi könüllü qoşulub, onların arasında Almaniya və digər Avropa dövlətlərinin vətəndaşları da var.

Poliqon.info

Избранный
123
poliqon.info

1Источники