RU

Badamdarda motosikletçilərin “yarışı” narazılıq doğurur – VİDEO

İzləyicimizin Patrul.az-a müraciətində bildirilib ki, son günlərdə Badamdar qəsəbəsində moto-xuliqanlıq halları artıb. Xüsusilə axşam və gecə saatlarında küçələrdə yüksək səs-küylə hərəkət edən motosiklet qrupları sakinlərin rahatlığını pozur və təhlükəli vəziyyət yaradır.

NOCOMMENT.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, noyabrın 3-də bu motosikletlərdən biri sürətlə hərəkət edərkən ağ rəngli avtomobilə arxadan çırpılıb. Hadisə yerində toplaşan bir neçə şəxs isə avtomobil sahibinə “yola ver, getsin” deyərək təzyiq göstərib.

Müraciətdə qeyd edilir ki, həmin qrup sonradan yenidən küçələrdə təhlükəli sürətlə hərəkət edib, hətta piyada səkilərinə çıxaraq insanların həyatını riskə atıblar.

Qeyd edək ki, DYP əməkdaşları belə halların qarşısının alınması istiqamətində mütəmadi reydlər keçirir. Bununla yanaşı, valideynlərin də övladlarına nəzarəti artırması vacibdir.

 

Избранный
29
nocomment.az

1Источники