RU

Britaniyanın ən varlı adamı vəfat etdi


Hindistanın “Hinduja Group” konqlomeratının rəhbəri, milyarder Qopiçand Hinduca uzun sürən xəstəlikdən sonra London xəstəxanalarından birində vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb. 
Qopi Hinducanın 85 yaşı var idi.
Bildirilib ki, 1959-cu ildə Qopi Hinduca 20-ci əsrin əvvəllərində Hindistan və İranda əsası qoyulmuş ailə biznesinə qoşulub. O, təvazökar ticarət şirkətini böyük bir konqlomerata çevirməyə kömək edib. Nəşr qeyd edir ki, “Hinduja Group” indi hər şeyə sərmayə qoyur: bank, daşınmaz əmlak, neft, əyləncə və kommersiya nəqliyyatı.
Hinduca və böyük qardaşı Şriçand 1980-ci illərdə Londona köçdülər. Şriçand 2023-cü ildə vəfat edib.
Избранный
72
yeniavaz.com

1Источники