RU

"UNFORMAL" 16 ildən sonra səhnəyə qayıdır

Azərbaycan rok musiqisinin əfsanəvi qruplarından olan "UNFORMAL" illər sonra yenidən bir araya gəlir.

Far.Az xəbər verir ki, "Sonsuz yol" mahnısı ilə bir dövrün sevimlisinə çevrilən qrupun keçmiş solisti, avroviziya təmsilçimiz Dilarə Kazımova sosial mediada verdiyi açıqlama ilə pərəstişkarlarına sürpriz edib.

2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri - Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin dünyanın dörd fərqli ölkəsindən (Azərbaycan, Rusiya, ABŞ və Böyük Britaniya) Bakıya toplanaraq konsert verəcəklər.

Qeyd edək ki, "UNFORMAL" 2007-ci ildə "Sonsuz yol" klipi ilə geniş tanınmış, 2008-ci ildə Avroviziya milli seçimlərinin finalçısı olub.

İndi isə onlar səssizliyi pozub səhnəyə geri dönürlər.

Избранный
59
far.az

1Источники