Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin IV turu çərçivəsində “Napoli” və “Ayntraxt” klubları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Neapolda, “Dieqo Armando Maradona” stadionunda keçirilib. Matçı portuqaliyalı hakim Juao Pedru Pinyeirunun rəhbərlik etdiyi briqada idarə edib.
Görüş qolsuz bərabərliklə (0:0) başa çatıb. Komandalar bu axşam azarkeşləri qolla sevindirə bilməyiblər.
Növbəti turda “Napoli” noyabrın 25-də “Qarabağ”la, “Ayntraxt” isə bir gün sonra “Atalanta”ya qarşı oynayacaq.
Cari mövsümün final oyunu 30 may 2026-cı ildə Budapeştdəki “Puškaş Arena”da keçiriləcək.