Milli təhlükəsizlik və müdafiə məsələlərinə öncüllük verilməsi səbəbindən 2026-cı ilin büdcə zərfini həm də təhlükəsizlik büdcəsi olaraq səciyyələndirə bilərik. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2026-cı ilin büdcə zərfinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.
"Ölkəmizin əmin-amanlığı, vətəndaşlarımızın təhlükəsizliyi, müdafiə qabiliyyətimizin gücləndirilməsi, müasir ordu quruculuğu prosesinin hələ davam etməsi büdcə vasitəsilə hərbi gücün artırılmasını tələb edir", - komitə sədri bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта