RU

Roza mərhum atasından YAZDI: “Mən sənin üçün oxuyuram” VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Müğənni Roza Zərgərli mərhum atası ilə bağlı paylaşım edib.Bizim.Media xəbər verir ki, o, atası ilə videosunu paylaşaraq bunları yazıb:“Atama ithaf. İki ildir sənsizəm, ata… Amma hər konsertimdə səni yanımda hiss edirəm.Hər projektorda, hər alqışda sənin işığın, sənin qürurun var. Getdin, amma nəfəsimdə, mahnılarımda, səhnədə atdığım hər addımda qaldın. Bəzən elə bilirəm ki, sadəcə səhnəarxasında dayanıb sakitcə gülümsəyirsən. Sən mənim gücüm, dayağım, səssizliyimsən və elə qalacaqsan. Neçə il keçsə də, mən sənin üçün oxuyuram”.

Sara, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
1
bizim.media

2Источники