RU

Türkiyəli professordan XƏBƏRDARLIQ! Bu ərazilərdə 6 ballıq ZƏLZƏLƏ ola bilər

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Balıkesir bölgəsində ardıcıl zəlzələlər narahatlıq yaradıb. Yer elmləri üzrə mütəxəssis, professor Şener Üşümezsoy yeni xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, o, "A Haber" kanalına açıqlamasında bildirib ki, yeraltı təkanlar cənuba doğru hərəkət edir. Üşümezsoya görə, bu, yeni və daha güclü zəlzələnin xəbərçisi ola bilər.

"Artçı təkanlar Sındırqı mərkəzli olmalı idi, amma indi istiqamət dəyişib. Bu, məni düşündürür. Ola bilər ki, bunlar yeni zəlzələnin öncüləridir", – deyə professor vurğulayıb.

O, Sındırqıda 6 bal gücündə zəlzələ baş verə biləcəyini istisna etməyib.

Xatırladaq ki, Balıkesirdə oktyabrın 27-də 6,1, noyabrın 3-də isə 4,3 bal gücündə zəlzələlər qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
2
baku.ws

3Источники