RU

Ançelotti: “Modriç məni təəccübləndirmir” - ARENA.AZ

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Milan”ın 40 yaşlı xorvat yarımmüdafiəçisi Luka Modriçin futbol uzunömürlüyünü qiymətləndirib.

Arena.az italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Luka Modriç məni təəccübləndirmir. Modriç intizam, yaxşı genetika, ciddiyyət, təcrübə və şəxsi keyfiyyətlərə malikdir. Bunlar, ona 40 yaşında ən yaxşı yarımmüdafiəçilərdən biri olmasına imkan verir”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, Modriç bu ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 11 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Real”da çıxış edirdi. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 192 oyuna çıxıb, 28 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
23
21
arena.az

10Источники