RU

Ad gününə getmək üçün taksiyə minən qadının başına iş gəldi » AzadMedia.az


Quldurluq cinayətində təqsirləndirilən 1991-ci il təvəllüdlü Ramil Cəfərova hökm oxunub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq - Silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Ramilə 8 il 6 ay həbs cəzası verilib.

Bildirilib ki, hadisə Bakı-Sumqayıt magistralının Ceyranbatandan keçən hissəsində qeydə alınıb.

Hadisə baş verən gün Aytən adlı qadın ad günü məclisinə getmək üçün metronun 20 Yanvar stansiyası yaxınlığında taksiyə əyləşib. “Manatlıq taksi” kimi fəaliyyət göstərən Ramil icarəyə götürdüyü avtomobilə daha 3 sərnişini də götürüb. O həmin şəxsləri düşürdükdən sonra Aytənin üstünə bıçaq çəkib və üzərindəki 600 manat pulu və telefonu quldurluq yolu ilə talayıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil saxlanılaraq istintaqa təhvil verilib.
Избранный
21
4
azadmedia.az

5Источники