RU

Bakıda sərnişin avtobusu maşınlarla toqquşub mağazaya çırpıldı - Video

Axşam saatlarında Bakıda 202 nömərli marşrut avtobusunun iştirakı ilə qəza baş verib.

"Ölkə.az" xəbər verir ki, marşrut avtobusu bir neçə maşınla toqquşub.

Əvvəlcə Toyota "Prius", daha sonra isə "Volkswagen" markalı avtomobillərə dəyən avtobus sonda gül dükanına çırpılıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
31
olke.az

1Источники