RU

ÇL matçını buraxacaq

“Arsenal” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunun “Slaviya” ilə matçında aparıcı oyunçularından birindən yararlana bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta məlumat verib.

Hücumçu Viktor Dyökereş komandasına kömək edə bilməyəcək. 27 yaşlı futbolçu İngiltərə premyer-liqasının “Bernli” ilə son oyununda (2:0) əzələ narahatlığı hiss edib və fasilədə əvəzlənib.

“Slaviya” – “Arsenal” oyunu bu gün saat 21.45-də başlayacaq.

Избранный
5
1
football-plus.az

2Источники