Sudanda Şimali Kordofan əyalətinin El Obeid şəhəri yaxınlığında cənazə mərasiminə PUA zərbəsi endirilməsi nəticəsində azı 40 nəfər ölüb. Ajans.az bu barədə BBC-yə istinadən xəbər verir.

Qeyd edək ki, neftlə zəngin Kordofan bölgəsində yaraqlılarla Milli Müdafiə Qüvvələri arasında döyüşlər son günlər daha da şiddətlənib.