RU

ABŞ nüvə silahlarının azaldılmasını Britaniya və Fransa ilə müzakirə etməyə hazırdır

Apa.az saytına istinadən ain.az xəbər verir.

ABŞ nüvə arsenallarında mümkün azalmaları Britaniya və Fransa ilə müzakirə etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp tərəfindən Müdafiə Nazirinin Nüvə Təhlükəsizliyi, Kimyəvi və Bioloji Müdafiə Siyasəti və Proqramları üzrə köməkçisi vəzifəsinə namizəd göstərilən Robert Kadlek məlumat verib.

“Əgər mənim namizədliyim təsdiqlənsə, bu ideyanı Fransa və Britaniya üzrə həmkarlarımla müzakirə etməyə davam edəcəyəm ki, onların belə sazişlərdə iştirakı milli maraqlarına cavab verirmi, həmçinin belə sazişlər hazırda ABŞ-ın milli maraqlarını dəstəkləyirmi - bunu qiymətləndirək”, - Kadlek deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
1
apa.az

2Источники