RU

ABŞ Böyük Britaniya və Fransa ilə nüvə arsenalının azaldılmasını müzakirə etməyə hazırdır

ABŞ Böyük Britaniya və Fransa ilə nüvə arsenalının azaldılmasını müzakirə etməyə hazırdır

ABŞ administrasiyası Böyük Britaniya və Fransa ilə nüvə silahı arsenalının azaldılması məsələsini müzakirə etməyə hazırdır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp tərəfindən Müdafiə Nazirliyinin nüvə təhlükəsizliyi, kimyəvi və bioloji müdafiə siyasəti üzrə köməkçisi postuna namizəd göstərilən Robert Kadlek bəyan edib.

“Əgər namizədliyim təsdiqlənsə, mən bu ideyanı fransız və britaniyalı həmkarlarımla müzakirə etməyə davam edəcəyəm. Məqsəd — bu cür sazişlərin onların milli maraqlarına uyğun olub-olmadığını və hazırda ABŞ-ın maraqlarını dəstəkləyib-dəstəkləmədiyini qiymətləndirməkdir,” – deyə Kadlek bildirib.

O, gələcək silahlara nəzarət sazişlərinə Fransa və Böyük Britaniyanın daxil edilməsinin məqsədəuyğun olub-olmadığı barədə sualı da cavablandırıb.

Kadlek həmçinin vurğulayıb ki, belə razılaşmaların NATO müttəfiqlərinə mümkün təsiri də diqqətlə nəzərdən keçirilməlidir.

Избранный
27
afn.az

1Источники