RU

ChatGPT istifadəçilərində psixi xəstəlik əlamətləri müşahidə olunur - XƏBƏRDARLIQ

OpenAİ-nin qiymətləndirməsinə görə, təxminən bir milyon aktiv ChatGPT istifadəçisi hər həftə potensial intihar riski əlamətləri göstərən söhbətlər aparır. 

Bizim.Media xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

“ChatGPT”yə QADAĞA: Bu iki mövzuda məsləhət verə bilməz


Bu məlumatların fonunda şirkət ChatGPT-nin psixi sağlamlıqla bağlı sorğulara reaksiyasını yeniləyən mexanizmləri təqdim edib.

Yeni sistemin hazırlanmasında 170-dən çox psixoloq və psixiatr iştirak edib. Onların sözlərinə görə, modelin yeni versiyası bu cür müraciətlərə “daha ardıcıl və düzgün” cavab verir.

Psixoloqlar yeni bir hadisəni — “Süni İntellekt sayıqlaması” (İİ-bred) adlanan vəziyyəti müşahidə etdiklərini bildirirlər. Bu halda istifadəçilər çat-botun cavablarına həddindən artıq etibar edir, hətta zərərli və ya yalan olduqda belə, onları tam doğru və etibarlı sayırlar. Ayrı-ayrı hallarda İİ ilə uzunmüddətli təmas psixi pozuntulara, o cümlədən sayıqlamalara səbəb olub.

Bundan əlavə, Massaçusets İnstitutu bildirib ki, ChatGPT-dən uzunmüddətli istifadə yaddaşın zəifləməsinə və idrak qabiliyyətlərinin azalmasına gətirib çıxara bilər.

Bu məlumatlar süni intellektin istifadəçilərin psixi sağlamlığına təsirinin xüsusi diqqət və əlavə tədqiqatlar tələb etdiyini vurğulayır.

Bizim.Media

Избранный
36
2
bizim.media

3Источники