RU

Əfqanıstanda baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 27-yə çatıb



Əfqanıstanın şimalındakı Bəlx əyalətində noyabrın 3-də baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 27-yə, yaralıların sayı isə 956-ya çatıb.
Əfqanıstan Qızıl Aypara Cəmiyyəti ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında zəlzələ ilə bağlı açıqlama yayıb.

Bəyanatda zəlzələdə ölənlərin sayının 27-yə çatdığı, 956 nəfərin yaralandığı və 1037 evin dağıldığı bildirilib.

Tolo News-a görə, milli enerji şirkəti olan Da Afghanistan Breshna Sherkat (DABS) bir çox ərazidə elektrik kəsintilərinə səbəb olan idxal edilmiş elektrik xəttinin təmir edildiyini açıqlayıb.

Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqatları (USGS) Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Hulm bölgəsində 10 kilometr dərinlikdə 6,3 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Bazar günü, avqustun 31-də, Əfqanıstanın şərqindəki Pakistan sərhədində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2205 nəfərin öldüyü, 3640 nəfərin isə yaralandığı açıqlanıb.

aia.az
Tərcümə şöbəsi



Избранный
61
aia.az

1Источники