RU

"Qarabağ" həm çox güclü, həm də çox enerjili komandadı" - Entso Mareska

"Çelsi" Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Entso Mareska matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. İtalyan mütəxəssis Azərbaycan təmsilçisinin yaxşı komanda olduğunu bildirib:
"Bu, vacib oyundu. Çünki bizə Çempionlar Liqasında ardıcıl üçüncü qələbə və 9 xal qazandırmaq şansı verə bilər. Əlbəttə, bəzi futbolçulara istirahət verməliyik. Londona cümə axşamı səhər saat 6-da qayıdacağıq. Şənbə günü yenidən oyunumuz var. Bu, sıx qrafikdi və biz uyğunlaşmağa, əlimizdən gələni etməyə çalışacağıq. Komandanı Bakıya aparacaq uçuş təxminən beş saat yarım davam edəcək. Sıx oyun qrafiki səbəbindən səfər zamanı futbolçuların İngiltərə vaxtında qalması qərara alınıb ki, uyğunlaşma prosesi minimuma endirilsin.

"Qarabağ" yaxşı komandadı. Onlar “Benfika” və “Kopenhagen”i məğlub ediblər. "Atletik"ə də qalib gələ bilərdilər, amma sonda uduzdular. Fərqli səbəblərə görə bu, şübhəsiz ki, çətin oyun olacaq. Rəqib həm çox güclü, həm də çox enerjili komandadı. Onların pressinq tərzi və uzun illərdi eyni baş məşqçi ilə işləmələri bu fikri daha da möhkəmləndirir. Bu, mənim indiyə qədər gördüyüm bir şey deyil. Sadəcə inanılmazdı. Eyni klubda 17 il işləmək, bu, həqiqətən heyrətamizdi. Ev oyunlarında xüsusilə daha aqressiv və intensiv çıxış edirlər".
Избранный
18
1
football-plus.az

2Источники