RU

88 milyonluq Luvr oğurluğunda təhlükəsizlik sisteminin şifrəsi muzeyin adı imiş - FOTO

Ötən ay Fransada yerləşən Luvr muzeyində yaşanan 88 milyon avroluq “Əsrin oğurluğu” ilə bağlı məlumatları insanları təəccübləndirməyə davam edir.

Ölkə.Az xəbər verir ki, muzeydə 2014-cü ilə aid və 2024-cü ilə qədər yenilənən rəsmi sənədlər göstərir ki, videomüşahidə sistemlərinə "LOUVRE" və "THALES" şifrələri qoyulub.

Bu şifrələr muzeyin və onu qorumaqdan məsul olan təhlükəsizlik proqramının adları ilə eynilik təşkil edib.

“Libération” qəzeti keçilməz hesab edilən bu şifrələrin, əslində açıq-aşkar zəifliklər göstərən bir sistem olduğunu yazıb.

Bütün soyğunu sənədləşdirməli olan kameralar qeyri-müəyyən və natamam görüntülər təqdim edib. Bir həftəlik araşdırmalardan sonra Fransa ümumilikdə 7 nəfəri məhkəməyəqədər həbs edib. Onlardan üçü sərbəst buraxılıb. 

Ən utandırıcı məsələ muzeyin rəqəmsal idarəçiliyi ilə bağlıdır. 2014-cü ilin dekabrında Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyinin (ANSSI) 3 mütəxəssisi Luvrun İT şəbəkəsini yoxlayaraq kameraları, siqnalizasiyaları və giriş nəzarətini təhlil edib. Hesabatda əhəmiyyətli bir risk vurğulanıb: şəbəkəyə nəzarəti ələ keçirən hər kəs sənət əsərlərinin oğurlanmasına kömək edə bilər.

Buna görə də, tapılması asan olan şifrələr “əsrin soyğunçuluğu”nu asanlaşdıran bütün təhlükəsizlik sisteminin ən vacib elementlərindən biridir.

Qeyd edək ki, 19 oktyabr səhər saatlarında 4 oğru hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min sənət əsərinin nümayiş olunduğu məşhur Luvr Muzeyinə gedib. Onlar binanın xaricindəki yük maşınının yük liftindən istifadə edərək pəncərəni sındırıb tac cəvahiratlarının nümayiş olunduğu Apollo Qalereyasına daxil olublar.

Oğrular 9 sənət əsərini oğurlayıblar və qaçan zaman III Napoleonun həyat yoldaşı imperatriça Yevgeniyaya məxsus tacı yerə atıblar. Tac muzeyin xaricində zədələnmiş vəziyyətdə tapılıb. Oğrular daha sonra hadisə yerindən motosikletlərlə qaçıblar.

Hadisədən sonra Fransa mədəniyyət naziri Raçida Dati "həyəcan siqnalı çalındığını" bəyan etsə də, sonradan Senatın Mədəniyyət Komitəsi qarşısında "təhlükəsizlik pozuntuları olduğunu" deyib. O bildirib ki, kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün hərtərəfli araşdırma aparılmalıdır.

Billurə Yunus


 

Избранный
62
1
olke.az

2Источники