RU

Rejissor Mikayıl Mikayılov: BIAF Azərbaycanda böyük bir hadisədir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 4 noyabr, Anara Axundova, AZƏRTAC

AZƏRTAC teatr sahəsinin nümayəndələri ilə silsilə söhbətlər aparır. Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru Mikayıl Mikayılov tamaşaçılar arasında ən populyar tamaşa mövzuları, gənclərin teatrla maraqlanıb-maraqlanmadığı barədə bəhs edib, eləcə də paytaxtda keçirilən BIAF-2025 Beynəlxalq İncəsənət Festivalına da toxunub.

“Auditoriyamız müxtəlifdir və bizə yeni tamaşaçılar qoşulduqda çox şad oluruq. Son illərdə çox sayda əcnəbinin “Yuğ” Teatrına gəldiyini müşahidə etdik. Onlar məmnuniyyətlə tamaşalara gəlirlər, teatrımızla maraqlanırlar. Tamaşaçılarımız arasında fəaliyyətimizi çox maraqla izləyən gənc nəsil də var. Bəzən tamaşaçılar arasında məhz gənclər üstünlük təşkil edir. Əlbəttə ki, hər şey tamaşanın özündən və mövzusundan asılıdır. Axı, tamaşalarımız həm gənc, həm də yetkin tamaşaçılar üçün nəzərdə tutulub”, - deyə həmsöhbətimiz qeyd edib.

Baş rejissorun sözlərinə görə, tamaşalara tamaşaçı tələbatı çox müxtəlifdir. Həm aktual mövzularda müasir tamaşalar, həm də tarixi hadisələrlə bağlı poetik tamaşalar populyardır, mistik mövzular da tamaşaçıları cəlb edir.

Qlobal təcrübədəki yeni trendlərdən danışan M.Mikayılov qeyd edib ki, xaricdə teatr sahəsində bir çox yeniliklər müşahidə olunur.

“Dünyada çox sayda festivallar keçirilir. Avropa teatrı xüsusilə aktivdir – o, yeni hadisələr, tamaşalar və rejissorlar, eləcə də çoxdan populyar olan rejissorların fəaliyyəti ilə yaşayır. Orada teatr həyatı aşıb-daşır. Ölkəmizdəki yeniliklərə gəldikdə isə, hazırda Azərbaycanda tanınmış teatr truppalarının iştirak etdiyi çox maraqlı BIAF festivalı keçirilir. Tanınmış rejissorların tamaşaları nümayiş olunur - məsələn, Rober Lepajın “Hamlet. Danimarka şahzadəsi” tamaşası gözlənilir. Bu, çox məşhur rejissordur və mənə el gəlir ki, bizim tamaşaçılarımız üçün bu tamaşanı görməsi vacibdir. Həmçinin rəqs, plastika və sirklə bağlı çıxışlar da var. Bu, Azərbaycanda böyük bir hadisədir, onun sayəsində tamaşaçı yeni qlobal trendlərdən xəbərdar ola və müxtəlif formatlara alışa bilər.

İstərdim ki, Azərbaycanda daha çox teatr festivalı keçirilsin - bu, bəzi yeniliklər barədə danışmaq üçün fürsət yaradardı. Digər hadisələrə gəldikdə isə, bu mövsüm müxtəlif teatrlarda bir neçə yeni tamaşa və premyera gözlənilir. “Ümid edək ki, onlar bizi təəccübləndirəcək və yeni tamaşaçılar cəlb edəcəklər!” - deyə M.Mikayılov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
2
azertag.az

3Источники