RU

Stubbdan Trampa və Putinə görüş təklifi

Finlandiyanın Prezidenti Aleksander Stubb, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilməsi çağırışı edib.

Stubb bu görüş üçün 21–22 noyabr tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 Zirvəsini təklif edib.

"Cebheinfo.az" xəbər verir ki, Stubb Milli Müdafiə Kurslarının açılışında etdiyi çıxışında dünyanın “yeni bir nüvə dövrünə” girdiyini bildirərək, Trampın digər ölkələrin nüvə sınaqlarına cavab olaraq ABŞ-nin da nüvə silahı sınaqlarını yenidən başlatma qərarını xatırladıb. 

Finlandiya Prezidenti ölkəsinin artıq NATO-nun nüvə qoruması altında olduğunu da vurğulayıb.

Cənubi Afrika rəsmiləri sözügedən zirvədə Putin-Tramp görüşünün baş tutma ehtimalı ilə bağlı hələlik açıqlama verməyiblər.

Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov isə daha əvvəl Putinin G20 zirvəsinə qatılmayacağını, lakin Rusiyanın zirvədə “layiqincə təmsil olunacağını” bildirmişdi.

İki lider 16 oktyabr tarixindəki telefon danışığından sonra qarşıdakı iki həftə ərzində görüşməyə hazır olduqlarını açıqlamış və Macarıstanın paytaxtı Budapeştdə bir zirvə planlaşdırılmışdı.

Lakin Tramp bir neçə gün sonra “istənilən hədəflərə çatılmayacağı” ehtimalına görə görüşləri ləğv etmişdi. Rusiya tərəfi isə danışıqların ləğv olunmadığını, sadəcə təxirə salındığını bildirmişdi.

Избранный
19
1
cebheinfo.az

2Источники