RU

Paşinyan seçimi etdi: Vaşinqtona işarə verdi, amma...

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İrəvan və Vaşinqton Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.

Paşinyan bildirib ki, Rusiya regional kommunikasiyaların açılmasından sonra Azərbaycandan Ermənistana dəmir yolu nəqliyyatı ilə istifadə edə biləcək. 

Nikol Paşinyanın qeyd edilən açıqlaması bölgədə nəqliyyat-tranzit dəhlizlərindən istifadə məsələsində əsas rəqabətin daha çox ABŞ və Rusiya arasında getdiyini göstərir.

Ermənistan bu prosesdə özünü daha çox balanslı siyasət yürüdən tərəf kimi göstərməyə çalışsa da, real vəziyyət başqadır. Nikol Paşinyanın “Tramp marşrutu”nun inşası ilə bağlı fikirləri rəsmi İrəvanın nəqliyyat-tranzit yollarının inşası və bərpasında daha çox ABŞ ilə əməkdaşlığa üstünlük verdiyini göstərir.

Çünki Paşinyan ABŞ ilə əməkdaşlığa yalnız tranzit daşımalardan qazanc əldə edilməsi vasitəsi kimi deyil, Rusiyanın bölgədə təsirinin azaldılması və öz hakimiyyətinə Qərbdən veriləcək əlavə təminat kimi baxır. Ona görə də Paşinyan dəmir yolunun tikintisində ABŞ ilə əməkdaşlıqda maraqlıdır. 

Ermənistanın baş naziri Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın əlinə keçməsini istəmir. Bu, regionda Rusiyanın geosiyasi mövqelərini möhkəmlətməklə yanaşı, Ermənistanın blokadada qalmasına gətirib çıxara bilər. 

Paşinyan isə nəqliyyat-tranzit əlaqələrinin bir hissəsinin açılmasına nail olmaqla 2026-cı ildə keçiriləcək parlament seçkilərində reytinqini artırmağa çalışır. Bu səbəbdən, Paşinyan Rusiyanın Zəngəzur dəhlizindən dəmir yolu ilə yalnız yükdaşımalar məqsədilə istifadə edə biləcəyinə işarə edir. 

Yəni Rusiya Azərbaycan üzrindən Ermənistana və əks istiqamətdə nəqliyyat-ticarət  əlaqələri saxlaya bilər. Paşinyan Zəngəzur dəhlizinin təhlükəsilizyini Rusiyanın deyil, müqavilə üzrə yolu inşa edən tərəfin, yəni ABŞ-nin həyata keçirməli olduğunu vurğlayır. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
1
cebheinfo.az

2Источники