"Roma"nın futbolçusu Paulo Dibalanın neçə müddət meydanlardan uzaq qalacağı məlum olub.

Offsideplus.az xəbər verir ki, "Milan" matçda penalti vurarkən sıradan çıxan argentinalı hücumçu 3 həftə komandasına kömək edə bilməyəcək.

O, bu gün səhər saatlarında tibbi müayinədən keçib. Onun bud əzələsində orta dərəcədə zədə aşkarlanıb.

Dibala cari mövsüm "Roma"nln heyətində bütün turnirlərdə 9 oyuna çıxıb və 2 qol vurub.