RU

Ukrayna Kəşfiyyatı Rusiyanın ən döyüşqabiliyyətli bölmələrindən biri olan “Rubikon”un qərargahını məhv edib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) döyüşçüləri Donetsk vilayətinin müvəqqəti işğal altında olan Avdiyivka şəhərində Rusiyanın ən güclü bölmələrindən biri - “Rubikon”un qərargahını məhv ediblər.

Bizimyol.info xəbər verir ki, BKİ-nin məlumatında bildirilir ki, Ukrayna kəşfiyyatçıları Avdiyivkada yarıuçuq bir binada rus işğalçılarının “Rubikon” adlanan mərkəzinə məxsus qərargahı aşkar ediblər.

Kəşfiyyat idarəsi vurğulayıb ki, “Rubikon” bölməsi Rusiya ordusunun ən döyüşqabiliyyətli struktur qurumlarından biridir və əsas ixtisaslaşma sahəsi pilotsuz uçuş aparatlarının, xüsusilə də döyüş dronlarının istifadəsidir. Ukraynaya qarşı aparılan bu müharibədə Rusiya bu bölməyə böyük maliyyə və texniki resurslar sərf edir.

Kəşfiyyat İdarəsinin məlumatına görə, bölmənin yerləşdiyi koordinatlar müəyyən edildikdən sonra Ukrayna kəşfiyyatçılarının dron operatorları sıx şəhər şəraitində 105 kiloqramlıq döyüş başlığı ilə təchiz olunmuş "FP-2" tipli pilotsuz uçuş aparatını hədəfə dəqiqliklə yönləndiriblər. Zərbə nəticəsində “Rubikon”un qərargahında olan rus zabitləri və dron operatorları məhv edilib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, noyabrın 3-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın ən qədim neft emalı müəssisələrindən biri olan Saratov Neft Emalı Zavoduna zərbə endiriblər. 2023-cü il məlumatına görə, zavodun illik emal gücü 4,8 milyon ton təşkil edib və o, Rusiya Silahlı Qüvvələrinin təminat sistemində mühüm rol oynayırdı.

Zərbə nəticəsində müəssisənin neft emalı qurğularının yerləşdiyi "ELOU AVT-6" kompleksində yanğın qeydə alınıb.

Bundan əlavə, müvəqqəti işğal altındakı Luqansk vilayəti ərazisində də rus qüvvələrinin logistik obyektlərinə zərbələr endirilib.

Noyabrın 4-nə keçən gecə isə Rusiyanın bir neçə neft zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Rəsmi şəkildə yalnız Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən neft-kimya zavoduna hücum təsdiqlənib.

Sterlitamak şəhər administrasiyasının rəhbəri Emil Şaymardanov bildirib ki, sənaye kompleksi iki pilotsuz aparat tərəfindən “terror hücumuna” məruz qalıb, lakin Müdafiə Nazirliyi və müəssisənin təhlükəsizlik xidməti tərəfindən hər iki dron vurulub. Onların qalıqları yardımçı sexin yerləşdiyi sənaye zonasına düşüb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
83
bizimyol.info

1Источники