RU

Prezidentimizin Azərbaycan dili ilə bağlı dərin məzmunlu fikirləri hər birimizi düşündürməlidir

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkə başçısı cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, dövlətimizin elmə, təhsilə və intellektual inkişaf strategiyasına yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur.

Cənab Prezident İlham Əliyev bu tarixi çıxışı ilə həm Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna qiymət verdi, həm də gələcəyə yönəlik konkret və strateji prioritetləri müəyyənləşdirdi.

Azərbaycan elminin bugünkü səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə elmi-tədqiqat institutlarının yaradılması, elmin maliyyələşdirilməsi və gənclərin Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi siyasəti ölkəmizin intellektual potensialını köklü şəkildə gücləndirmişdir.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrdə uğurla davam etdirilməsi elmi inkişafın dayanıqlı modelini formalaşdırmışdır. Azərbaycan elminin müstəqillik illərində əldə etdiyi nailiyyətlər məhz bu strateji xəttin davamının nəticəsidir.

Bu gün dünyada hər bir ölkənin gücü onun texnoloji potensialı ilə ölçülür. Süni intellektin, rəqəmsal iqtisadiyyatın və müdafiə sənayesinin inkişafı istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr bu gün reallığa çevrilmişdir.

Təbii resurslar bir gün tükənə bilər, lakin elmi potensial, intellektual güc və insan kapitalı Azərbaycanın əbədi və tükənməz sərvətidir.

Bu baxımdan, dövlətin elmə, gənclərin təhsilinə, innovasiyaya və texnologiyaya yatırdığı sərmayə əslində Azərbaycanın gələcəyinə, milli təhlükəsizliyinə qoyulan sərmayədir. Elm, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahələrində dövlətimizin atdığı addımlar göstərir ki, Azərbaycan artıq postneft dövrünün reallıqlarına tam hazırdır.

Azərbaycan son 10 ildə inkişaf və zəfərlərlə dolu bir dövr yaşayıb. Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və suverenliyin tam təmin olunması müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Bugün artıq Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa və yenidənqurma işləri, həyata keçirilən enerji, sənaye və geoloji layihələr Azərbaycanın gələcək inkişafında mühüm yer tutur.

Prezidentimizin Azərbaycan dili ilə bağlı dərin məzmunlu fikirləri hər birimizi düşündürməlidir.
Bu çağırış hər bir ziyalının, jurnalistin, müəllimin, ictimai xadimin və vətəndaşın məsuliyyətini artırır. Ana dilimizin saflığının qorunması milli kimliyimizin əsas sütunudur və dövlət başçısının bu məsələni prioritet səviyyəsində qaldırması strateji əhəmiyyət daşıyır.

Bugün ölkəmizin iqtisadi göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycanın iqtisadiyyatı sağlam təməllər üzərində qurulub.

Bu güc bizə həm təhlükəsizliyimizi qorumağa, həm də azad edilmiş torpaqlarda böyükmiqyaslı bərpa və quruculuq işlərini sürətlə aparmağa imkan verir.

Избранный
66
6
aznews.az

9Источники