RU

BMT Qəzzaya humanitar yardımın artırılması üzərində iş aparır - Quterreş

Bakı. Trend:

BMT Qəzza sektoruna humanitar yardım tədarükünün artırılmasıüçün fəal səylər göstərir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreşbəyanat verib.

“Əvvəlcə biz humanitar yardımın tədarükünü əhəmiyyətli dərəcədəartırmaq və onun Qəzza əhalisinin hamısına çatmasını təmin etməküçün fəal işləyirik. Bu kontekstdə qeyd etmək lazımdır ki, ABŞİsraili tədricən bəzi maneə və çətinlikləri aradan qaldırmağatəşviq etməklə müsbət rol oynayıb, çünki bu amillər hələ dəhumanitar yardımın lazımi həcmdə çatdırılmasına mane olur”, – deyəQuterreş bildirib.

Quterreşin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvləriABŞ tərəfindən hazırlanmış Qəzza ilə bağlı bəyannamə layihəsinimüzakirə edirlər.

“Hazırda müzakirələr Təhlükəsizlik Şurası çərçivəsində aparılırvə biz hesab edirik ki, Qəzza sektorunda yaradılacaq istənilənstruktur Təhlükəsizlik Şurasının mandatına malik olmalıdır”, – deyəo vurğulayıb.

Məqalədə:
Избранный
36
az.trend.az

1Источники