RU

“Çelsi”nin daha bir futbolçusu “Qarabağ”la oyunu buraxacaq

İngiltərənin “Çelsi” klubunun daha bir futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la keçiriləcək oyunda iştirak etməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə “Çelsi”nin baş məşqçisi Enzo Mareska matçdan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Pedru Netu sabahkı qarşılaşmanı buraxacaq. Onun sözlərinə görə, portuqaliyalı yarımmüdafiəçi mikrozədəyə görə meydana çıxmayacaq. Mareska 25 yaşlı oyunçunu mümkün zədə riskindən qorumaq üçün ona istirahət verəcəyini söyləyib.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Избранный
14
unikal.az

1Источники