Rusiyanın Baş naziri Mixail Mişustin Pekində Çin prezidenti Si Cinpinlə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Görüş Pekinin mərkəzindəki Böyük Xalq Zalında baş tutub.
Danışıqlarda Rusiya nümayəndə heyətinin digər üzvləri, o cümlədən Rusiya baş nazirinin müavinləri Tatyana Qolikova , Dmitri Çernışenko və Aleksandr Novak da iştirak ediblər .
Daha əvvəl Xançjouda Rusiya və Çin hökumət başçılarının 30-cu növbəti görüşünün yekunları üzrə birgə kommünike imzalanıb.
Tərəflər həmçinin investisiya, enerji, nəqliyyat, kənd təsərrüfatı və media sahələrində əməkdaşlıq sazişləri imzalayıblar.