RU

“Zəfər Günü müasir tariximizin ən mühüm səhifəsidir” - ŞƏRH EDİLDİ

“Azərbaycanın 8 Noyabr Zəfər Günü müasir tariximizin ən mühüm səhifəsidir. Bu Qələbə otuz ilə yaxın davam edən işğalın sona çatması, ədalətin bərpası və xalqın milli iradəsinin təntənəsi kimi dəyərləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət, ordu quruculuğundakı sistemli islahatlar və milli həmrəyliyin möhkəmlənməsi Vətən müharibəsində uğurun əsas səbəbləri oldu: ”Azərbaycanın siyasi, diplomatik və hərbi sahələrdə nümayiş etdirdiyi qətiyyət nəticəsində “Dəmir yumruq” əməliyyatı 44 gün ərzində düşməni məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Bu Qələbə yalnız hərbi deyil, həm də mənəvi və siyasi zəfər idi – xalq-ordu birliyinin, dövlət başçısının iradəsinin və beynəlxalq səviyyədə aparılan prinsipial diplomatiyanın nəticəsi oldu.

Zəfərdən sonra başlanmış bərpa və “Böyük Qayıdış” mərhələsi Azərbaycanın quruculuq gücünü nümayiş etdirir. Azad edilmiş ərazilərdə aparılan infrastruktur layihələri, yeni yaşayış məntəqələri, Zəfər parkı və memorial komplekslər həm qəhrəmanlıq tariximizi əbədiləşdirir, həm də milli qürurumuzu yaşadır. 8 Noyabr – Zəfər Günü bu birlik, güc və qətiyyətin rəmzi kimi gələcək nəsillər üçün əbədi ilham mənbəyinə çevrilmişdir”.

Müəllif: Arzu Qurbanlı
Избранный
25
sia.az

1Источники