RU

Finlandiya çempionu müəyyənləşdi

Finlandiya çempionatında 2024/25 mövsümünün qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu, “KuPS” olub.

Komanda 31 oyunda ümumilikdə 64 xal toplayaraq ən yaxın izləyicisi “İlves”i 4 xal qabaqlayıb. Bununla da “KuPS” Finlandiya çempionluğunu qazanıb. 3-cü yeri isə “İnter” (58 xal) tutub .

“KuPS” ardıcıl 2-ci, tarixdə isə 8-ci dəfə ölkə çempionatının qalibi olub.

Çempionlar Liqasının növbəti püşkatmasında bu komanda 1-ci təsnifat mərhələsindən oynamağa başlayacaq.

Избранный
24
1
msport.az

2Источники