RU

Şuşada “Könüllü Qaliblər–2: Zəfər ilməsi” layihəsi həyata keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə Şuşada “Könüllü Qaliblər–2: Zəfər ilməsi” layihəsini gerçəkləşdirib.

QHT.az xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə həyata keçirilən layihə ötən il icra olunan “Könüllü Qaliblər” proqramının davamı kimi reallaşıb.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulayıb. Nazirlik tərəfindən Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, müharibə veteranları ilə bağlı ardıcı

l sosial dəstək tədbirlərinin həyata keçirildiyi bildirilib.

Qeyd edilən kateqoriyalardan olan vətəndaşlara göstərilən DOST xidmətləri, onlar üçün həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib.

Müharibə veteranları döyüş xatirələrini tədbir iştirakçıları, o cümlədən DOST könüllüləri ilə bölüşüb, onların suallarını cavablandırıblar. Proqram çərçivəsində iştirakçılar üçün Şuşa şəhəri üzrə gəzinti də təşkil olunub.

Eyni zamanda, Qarabağ xalçasının son ilmələri simvolik olaraq məhz Vətən müharibəsi iştirakçıları tərəfindən vurulub.

Избранный
40
2
qht.az

3Источники