RU

İtkin düşən ana və oğlu hər yerdə axtarılır

Dronlar və axtarış itləri ilə aparılan əməliyyatlarda indiyədək heç bir izə rast gəlinməyib

Türkiyənin Kastamonu bölgəsinin Bozkurt rayonunda yaşayan Hüriyə Helvacı (43) və oğlu Osman Helvacı (5) 2 noyabr bazar günü evlərindən çıxdıqdan sonra bir daha geri qayıtmayıblar və onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Sherg.az xəbər verir ki, hadisə barədə yaxınlarının 112 Təcili Yardım Xəttinə məlumat verməsindən sonra bölgəyə Əyalət Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu (UMKE), Kastamonu Polis İdarəsi, Jandarma Komandanlığı, Jandarma Axtarış-Xilasetmə (JAK) və komando birləşmələri cəlb edilib.

İlkin ehtimallara görə, ana və oğul köbələk toplamaq üçün evdən çıxıblar və meşəlik ərazidə itkin düşüblər.
Gecə boyu davam edən axtarışlara ailə üzvləri və kənd sakinləri də qoşulub.
Dronlar və axtarış itləri ilə aparılan əməliyyatlarda indiyədək ana və oğluna aid heç bir izə rast gəlinməyib.
Ana və oğulun son dəfə görüldüyü istiqamət barədə məlumatlar daxil olduğuna görə, axtarışlar Alantepe və Köseali kəndlərinin ətrafında davam etdirilir.
İtkilərin son dəfə görüldüyü kəndlərin məscidlərindən aşağıdakı elan səsləndirilir:
“Bazar günü Bozkurt rayonunda bir qadın və yanında 5 yaşlı bir oğlan uşağı itkin düşüb. Onlar son dəfə kəndimizin ərazisində görülüblər. Görən və ya bilənlərin dərhal jandarmaya məlumat vermələri xahiş olunur.”

Turan

Избранный
61
1
sherg.az

2Источники