Gəncədə piyadanı minik avtomobili vurub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan minik maşını 1986-cı il təvəllüdlü G.Cəfərovanı vurub. Dərhal qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov