RU

Nazirdən deputata İRAD TUTDU

Yazını böyüt
Yazını kiçilt

“Mən təqdim olunmuş sənədlərə istinad edib danışmışam. Orda qeyd olunur ki, SOCAR 1 milyard 700 milyon manat vergi ödəyir. Mən də bunu ümumi mənfəət vergisi kimi qəbul etmişəm. Burda mənə deyildi ki, ora başqa vergilər də daxildir. Əslində onda mən SOCAR-ın müraciəti haqqında daha yaxşı danışmışam”.

Hafta.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, əgər mənfəət kimi 1 milyard 700 milyon qazancdan verirsə, onda 5 milyard dollar onun qazancı olmalı idi:

"Belə çıxır ki, onda 5 milyarddan azdır. Əslində bu, pisdir. Yəni bu qədər böyük neft şirkətinin qazancının az olması bizi düşündürməlidir. Mənim burada dediyimdə heç bir siyasi mübarizə elementi yox idi”.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deputatın çıxışına cavab olaraq bildirib ki, yanlış səslənən fikirlər cavabsız qalmamalıdır:

“Bu gün Sahil müəllim də, mən də səsləndirdik ki, qeyri-neft gəlirləri dövlət büdcəsinin gəlirlərinin nə qədəridir. Bu, təxminən 55-57% ətrafında olacaq. 2018-ci ildə bu rəqəm 40% idi. Mən 2018-ci ili nəyə görə əsas götürürəm? Çünki biz vergi güzəştlərinin və vergi siyasətinin yumuşaldılmasına 2018-ci ilin sonundan başlamışıq. Biz bugünkü nailiyyətləri, yəni 2019-cu ildən 2025-ci ilə qədərki nailiyyətləri 17% bəndi artan dövlət büdcəsinin gəlirlərində baxa bilərik. Biz buna vergilərin yumuşaıldılması siyasəti ilə nail olmuşuq. Biz əgər gələcəkdə qeyri-neft sektoruna əsaslanan artımı davam etdirmək niyətindəyiksə, düşünürəm ki, gələcək müzakirələr üçün mərkəzi məsələlərdən biri bunun ətrafında olacaq”.

Избранный
34
11
hafta.az

10Источники