Ajans.az xəbər verir ki,bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik Bloomberg agentliyinə bildirib. Onun sözlərinə görə, bu ay Müdafiə Nazirliyi dronların aşkarlanması və zərərsizləşdirilməsi texnologiyalarına yatırılacaq investisiyaların həcmini açıqlayacaq. Tomçik qeyd edib ki, müqavilələrin ən azı yarısı Polşa şirkətlərinə veriləcək. “Biz bütün Avropa İttifaqı səmasında təhlükəsizliyi təmin etmək ideyasını dəstəkləyirik və xarici təklifləri nəzərdən keçirməyə hazırıq. Lakin əsas prioritet milli layihələrdir,” – deyə nazir müavini vurğulayıb. Polşa hökuməti sistemin iki il ərzində tamamlanacağını gözləyir. “Dron Divarı” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin Rusiya ilə sərhəd boyunca çoxqatlı monitorinq və avtomatlaşdırılmış anti-dron müdafiə sistemləri yerləşdirməsini nəzərdə tutan birgə təşəbbüsdür. Layihə hazırda inkişaf və prototiplərin seçimi mərhələsindədir.